İranın Bircənd, Kaşan, Qorqan və Həmədan şəhərlərinin həbsxanalarında 11 məhkum edam edilib.

BUTA.TV xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatları məlumat yayıb.

Bildirilib ki, 3-ü qadın olan məhkumların hamısı narkotik maddələrin alverində günahlandırılıblar.

Qeyd edək ki, cari ildə İran həbsxanalarında 20-i qadın olmaqla, 800-dən çox məhkum edam edilib.

Onlardan 746-nın kimliyini dəqiqləşdirmək mümkün olub.