Gəncədə avtomobil piyadanı vurub öldürdü
Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan “Hunday” markalı minik maşını 1976-ci il təvəllüdlü İlkin Abdulayevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.