Belqorodda yeni hücum: sirenlər işə düşdü
Belqorodda raket xəbərdarlığı sirenləri işə düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov öz Teleqram kanalında bildirib.
“Belqorodda raket təhlükəsi sirenası işə salınıb. Bütün sakinlər sığınacaqlara enməlidir”, - Qladkov qeyd edib.
Qeyd edək ki, ötən gün Ukrayna Belqoroda raket zərbələri endirib.