Almaniya kansleri Olaf Şolts yeni il müraciətində Rusiya Prezidenti Vladimir Putin və Ukraynadakı münaqişə haqqında sərt danışıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Die Welt" məlumat yayıb.

"Kovid-19"un təsiri azalan kimi Rusiya Avropanın mərkəzində amansız qarşıdurmaya başladı", - o bildirib.

Şolts vurğulayıb ki, Ukraynada münaqişə başlayandan sonra Putin qaz kranını bağladı.