Son 7 gündə məhv edilən silahlıları sayı… - Netanyahu
Son 7 gündə İsrail qüvvələri Qəzza zolağında 100-dən çox silahlı radikalı məhv edib.
BUTA.TV xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin iclasında deyib.
"Hər gün onlarla, bəzən daha çox terrorçu məhv edilir. Biz HƏMAS-ı məhv edəcəyik, girovlarımızı geri qaytaracağıq və bu müharibədə qalib gələcəyik”, - Benyamin Netanyahu bildirib.