Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələ 7 kilometr dərinlikdə müəyyən edilib.

Bundan sonra 3,5 və 4,5 bal gücündə olmaqla daha iki zəlzələ olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.