II Marqret taxtdan imtina etdi
52 ildir ölkəni idarə edən Danimarka kraliçası II Marqret yanvarın 14-də kral taxtını tərk edəcək.
BUTA.TV xəbər verir ki, II Marqret Yeni il çıxışı zamanı bu barədə deyib.
"Mən taxt-tacı oğlum vəliəhd şahzadə Frederikə həvalə edirəm”, - deyə o bildirib.
Xatırladaq ki, 83 yaşlı II Marqaret 1972-ci ildən Danimarka kraliçasıdır.