İdarəetmə qülləsinə ildırım düşdü: uçuşlar ləğv olundu
Fransanın şimal-qərbində, Brest hava limanının idarəetmə qülləsinə ildırım düşməsi səbəbindən onlarla reys ləğv olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Brest hava limanından məlumat yayılıb.
Məlumata əsasən, dekabrın 30-na keçən gecə idarəetmə qülləsini ildırım vurub və yaranan nasazlıq səbəbindən reyslər günorta saatlarına qədər ləğv olunub.