Kiyevdə partlayış səsləri: həyəcan siqnalı verilir
Kiyevdə partlayış səsləri eşidilir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın “Publik” telekanalı məlumat yayıb.
Bu gün səhər saatlarında Ukraynanın "Zerkalo Nedeli" nəşri də Kiyev vilayətində güclü partlayışlar olduğunu bildirib.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Kiyevətrafı ərazilərdə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir.
Hazırda Kiyevdə və regionda hava hücumu ilə bağlı həyəcan siqnalı verilir.