Yük qatarı avtomobillə toqquşdu: maşinistlər öldü
Avstraliyada yük maşını ilə yük qatarı toqquşub.
BUTA.TV xəbər verir ki, bu barədə "Sydney Morning Herald" qəzeti məlumat yayıb.
“Lokomotivin relsdən çıxması nəticəsində iki maşinist ölüb" , - məlumatda bildirilib.
Qəzetin polisə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində lokomotiv alovlanıb və bir neçə vaqon relsdən çıxıb və magistral yolu tamamilə bağlayıb.