Ukraynanın hava hücumundan müdafiə sistemi bu qış mərmi çatışmazlığı səbəbindən Rusiya ordusunun bütün hücumlarını dəf edə bilməyəcək.

BUTA.TV xəbər verir ki, bunu ingiltərəli hərbi analitik Cimmi Raşton deyib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatında olan “Patriot” zenit-raket kompleksləri üçün raketlərin potensial çatışmazlığı xüsusi narahatlıq yaradır.