Norveç Ukraynaya birbaşa silah satışına icazə verdi
Norveçin Nazirlər Kabineti ölkə şirkətlərinə birbaşa Ukraynanın hərbi idarələrinə silah və digər müdafiə təyinatlı məhsullar satmağa icazə verilməsi barədə qərar qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin bəyanatında deyilir.
“2024-cü il yanvarın 1-dən Ukraynaya silah və müdafiə təyinatlı məhsulların birbaşa satışına icazə verilir”, - bəyanatda qeyd olunub.