Türkiyədə DİN-in binasına hücum edildi - Video
Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binasına hücum cəhdi olub.
BUTA.TV xəbər veri ki, belində çanta olan bir nəfər binaya hücum edib və o, polisin "dur" əmrinə tabe olmayıb, nəticədə polis tərəfindən açılan atəşlə yaralanıb.
Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
Daxili İşlər Nazirliyi və Parlament binalarına çox sayda polis cəlb olunub.