Gürcüstanda 4,3 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar saat 12:44-də Kutaisidən 36 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.