Yaponiya Hava Yollarına məxsus təyyarə Tokiodakı Haneda Beynəlxalq Hava Limanında eniş edərkən alovlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə NHK televiziyası görüntü yayıb.

Bildirilib ki, təyyarə uçuş-enmə zolağından çıxıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Yanan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri (təxminən 400 nəfər) təxliyə edilib.