İsrail qırıcıları Hizbullahın hərbi obyektini vurdu
İsrail qırıcıları Hizbullah hərəkatının silahlılarının yerləşdiyi hərbi obyektə hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“İsrail döyüşçüləri Livan ərazisində Hizbullah terrorçularının fəaliyyət göstərdiyi terror infrastrukturuna zərbələr endiriblər”, - məlumatda bildirilib.