Ukrayna ordusu Belqorod şəhərini yenidən atəşə tutub. Hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

BUTA.TV xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhərindəki hərbi obyektlərə raket zərbələri endirib:

“Raketlərdən bəziləri mülki obyektlərə və yaşayış binalarına düşüb”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukraynanın Belqorod şəhərini atəşə tutulması nəticəsində 24 nəfər ölüb, 108 nəfər isə yaralanıb.

Messi topu rəqibin üzünə çırpdı - Qırmızı vərəqə almaması müzakirə yaratdı - Video Messi topu rəqibin üzünə çırpdı - Qırmızı vərəqə almaması müzakirə yaratdı - Video