Gəncədə keçmiş məhkum narkotiklə tutulub.

BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Fəxrəddin Əliyev saxlanılıb.

Ondan 2 kiloqram 75 qram çəkidə marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.