Bərdədə iki maşın toqquşdu: üç nəfər xəsarət aldı
Bərdə rayonunun Saatlı kəndində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, VAZ-2106 markalı avtomobil tamamilə yararsız hala düşüb.
Hadisə zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.