2 yanvar axşam saatlarında İsveçdə yeni temperatur rekordu qeydə alınıb.

BUTA.TV xəbər verir ki, İsveç mediası Şimali Norrbotten bölgəsindəki Kvikkökk-Orenjarka şəhərində temperaturun mənfi 43,6 dərəcəyə düşdüyünü yazıb.

Bu, İsveçdə 1888-ci ildən bəri ən aşağı temperaturdur.

Soyuq hava ilə əlaqədar krallığın şimalındakı bir neçə nöqtədə qatar və avtobus marşrutları ləğv edilib.

Rekord aşağı temperaturun səbəbi İsveçin şimal-şərqində və Finlandiyanın şimalında yüksək təzyiqdir. Meteoroloqlar yüksək təzyiq zonasının bu həftənin sonunda cənuba doğru hərəkət edəcəyini proqnozlaşdırırlar.