Cənubi Qafqaz regionunun artıq münaqişəyə deyil, dostluq və əməkdaşlığa ehtiyacı var.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər ölkə mətbuatına açıqlamasında deyib.

O qeyd edib ki, Cənubi Qafqazda təhlükəsizliyin və sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında daimi sülh müqaviləsindən aslıdır:

“Türkiyə olaraq bu istiqamətdə atılan səmimi səyləri dəstəkləyirik və mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayırıq”.