Biləsuvar rayonunda dəm qazından zəhərlənmə üzrə 3 fakt qeydə alınıb.

BUTA.TV Report-a itinadən xəbər verir ki, hadisələr son 3 gün ərzində baş verib.

Belə ki, ayrı-ayrı ünvanlarda qeydə alınan hadisələr zamanı ümumilikdə 4 nəfər dəm qazından zəhərlənib. Hər bir xəstəyə rayon xəstəxanasında tibbi yardımlar göstərilib.

Faktlarla bağlı araşdırma aparılır.