Məşhur aktrisa beyin qanamasından vəfat etdi
Türkiyənin məşhur aktrisası Ayla Alqan 87 yaşında beyin qanaması nəticəsində dünyasını dəyişib.
Kult.az Publika.az-a istinadən xəbər verir ki, 2022-ci ildə Prezidentin Mədəniyyət və İncəsənət Böyük Mükafatına layiq görülən Alqan "Ah Güzel İstanbul" filmi və "Kurtlar Vadisi Pusu" serialındakı "Anadolu hoca" obrazı ilə insanların ürəyində yer tapıb.
O, bir çox teatrlarda, kinolarda və seriallarda da çəkilib.