Rusiyanın Belqorod vilayətinə raket hücumu barədə xəbərdarlıq edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

O, sakinləri bayıra çıxmamağa, təhlükəsiz yerlərə sığınmağa çağırıb:

"Əgər küçədəsinizsə, təcili olaraq sığınacaq və ya başqa təhlükəsiz yerə getməlisiniz".

Qeyd edək ki, dekabrın 30-da Ukrayna ordusunun Belqoroda endirdiyi zərbələr nəticəsində 24 nəfər ölmüş, 131 nəfər isə yaralanmışdı.