Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda iki avtobus və bir yük maşınının toqquşması nəticəsində qəza baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Hadisə yerinə jandarma qüvvələri və təcili tibbi yardımı briqadaları cəlb olunub.