Ruslar Xarkov ərazisinə xaricdə istehsal olunan raketlərlə hücum edib.

BUTA.TV xəbər verir ki, bunu Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov deyib.

Onun sözlərinə görə, dekabrın sonu - yanvarın əvvəlində rusların Xarkova atdığı raketləri istehsal edən ölkə hələ müəyyən edilməyib:

“Biz bütün lazımi araşdırmaları həyata keçiririk. Onu deyim ki, bu raketlərin üzərindəki işarələri silinib, lakin biz istehsal edən ölkənin Rusiya Federasiyası olmadığını bilirik”.