Nazirlik əməkdar artistin vəfatı ilə bağlı nekroloq yaydı
Mədəniyyət Nazirliyi tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün vəfatı ilə bağlı nekroloq yayıb.
BUTA TV nekroloqun mətnini təqdim edir:
“Əməkdar artist tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü vəfat edib. Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”