Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonunun Kürdmahmudlu kəndində 2003-cü il təvəllüdlü Azər Cahid oğlu Allahverdiyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.