Azərbaycan Xarici İşlər Nazirliyi Yaponiyaya başsağlığı verib.

BUTA.TV xəbər verir ki, başsağlığı mətni nazirliyin X hesabında paylaşılıb.

“Yaponiyanın Noto yarımadasında baş verən zəlzələ nəticəsində qeydə alınan insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik”, - nazirlikdən bildirilib.

Paytaxtda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər Paytaxtda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər