Naxçıvanda dəm qazından 3 nəfər zəhərlənib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakinləri 1977-ci il təvəllüdlü Ruhiyyə Hacı qızı Rəsulova və qızları 2000-ci il təvəllüdlü Jalə Vüqar qızı Mirzəyeva və 2011-ci təvəllüdlü Fidan Vüqar qızı Mirzəyeva evdə dəm qazından zəhərləniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, R.Rəsulova Naxçıvan televiziyasının əməkdaşıdır.

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır “Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır