İraq neft məhsullarının idxalını dayandıracaq
İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Asem Cihad bildirib.
“2024-cü ildə İraq daha çox yerli istehsala əsaslanacaq və bir sıra neft emalı zavodları istehsala başladıqdan sonra idxalda azalma olacaq”, - deyə nümayəndə bildirib.
Qeyd edək ki, İraq yerli bazar çatışmazlığını doldurmaq üçün bəzi neft məhsulları idxal edir.