ABŞ Yəməndən buraxılan PUA-nı məhv etdi
ABŞ hərbçiləri Yəməndən buraxılan pilotsuz uçuş aparatını məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“PUA Qırmızı dənizin cənubunda beynəlxalq sularda “Laboon” esminesi tərəfindən özünümüdafiə məqsədilə vurulub”, - deyə məlumatda bildirilir.