Balakəndə mikroavtobus piyadanı vuraraq öldürüb.

Bu barədə BUTA.TV-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanvarın 6-sı rayonun Püştətala kəndində Ülvi İsmayılov idarə etdiyi “Mersedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Abdulla Kənan oğlu Alqayevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.