Hazırda Abşeron yarımadasında məskunlaşmış əhalinin 72%-ə qədərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur.

BUTA.TV xəbər verir ki, bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub.

Məlumata görə, tullantı sularının yalnız bir hissəsi (435 min m3/gün) təmizlənərək Xəzər dənizinə buraxılır.

Layihədə kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğunun inşası təklif edilir.

Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını 2,5 dəfədən çox artırmağa imkan verəcək.

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır “Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır