Tapdıqları mərmini hissələrə ayırdılar – Video
Faciəyə səbəb ola biləcək döyüş sursatı ilə ehtiyatsız davranma halını əks etdirən görüntülərlə bağlı araşdırma aparılır.
Bu sözləri BUTA.TV-a açıqlamasında DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, - Nurlan Əliyev bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə şəxsin qumbaraatan mərmisini müxtəlif alətlərlə hissələrə ayırmasını əks etdirən video yayılıb.