Azərbaycan səfiri İraq prezidenti ilə görüşdü - Foto
Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə N.Məmmədov X hesabında paylaşım edib.
Tərəflər ikitərəfli münasibətləri müzakirə edib. Görüşdə tərəflər bir daha Azərbaycanla İraq arasında bir çox sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.