Rusiyada yumurtanın bahalaşması istehlakın artması və hakimiyyət orqanlarının vaxtında hərəkətə keçib idxalı çoxaltmaması səbəbindən baş verib.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

​“İstehsal həcmimiz azalmayıb. İstehlak artıb. Əhalinin real gəlirləri də buna təsir edib, insanların gəlirləri artıb. Yumurta və toyuğu daha çox almağa başladıq. Vaxtında idxal barədə düşünmədik və qiymətlər qalxdı”, - o bildirib.