Azərbaycan Rusiyaya nə qədər yumurta göndərib?
Bu günə kimi Azərbaycandan Rusiyaya 1.5 milyon yumurta göndərilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
“Yanvarın 11-nə olan məlumata görə, Azərbaycandan Rusiyaya 1.5 milyon ədəd (90.63 ton) yumurta göndərilib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, yumurtaların ilk partiyası Rusiyaya ötən ilin dekabrında çatdırılıb.