Suriyanın şimal-şərqindəki Şəddadi şəhərində yerləşən ABŞ bazası dörd raketlə vurulub.

BUTA.TV xəbər verir ki, bu barədə mənbə RİA Novosti-yə bildirib.

Xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin əvvəlindən İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə mütəmadi olaraq hücumlar edilir və məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürür.

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi