İsrailə qarşı irəli sürülən soyqırımı qəti şəkildə rədd edirik.

BUTA.TV xəbər verir ki, bu barədə Almaniya federal hökuməti bəyanat yayıb.

"Ötən ilin 7 oktyabrından HƏMAS terrorçuları İsraildə günahsız insanlara vəhşicəsinə hücum edərək, onlara işgəncə verib, öldürüb və oğurlayıblar. HƏMAS-ın məqsədi İsraili yer üzündən silməkdir. İsrail HƏMAS-ın qeyri-insani hücumuna qarşı özünü müdafiə edir", - bəyanatda qeyd olunub.