ABŞ bazasına növbəti hücum...
Suriyanın şimal-şərqində yerləşən ABŞ-ın Xarab Əl-Cir bazası pilotsuz təyyarələrlə hücuma məruz qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Suriyanın şimal-şərqindəki Haseke əyalətindəki Xarab Əl-Cirdəki Amerika bazası PUA tərəfindən hücuma məruz qalıb”, - deyə bildirilib.
Bazada üç partlayış səsi eşidilib və ərazinin üzərində səmaya tüstü qatı qalxıb.