Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Yəmənə səfərdən çəkinməyi tövsiyə edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Yəməndəki səfirliyi məlumat yayıb.

"Yanvarın 12-si səhər saatlarında ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələr nəticəsində Rusiya vətəndaşlarının xəsarət alması barədə səfirliyə məlumat daxil olmayıb. Biz vəziyyəti diqqətlə izləməyə davam edirik", - səfirlik bildirib.

Qeyd edək ki, Rusiya mülki təyyarələrinin Yəmən hava məkanından uçuşunu da qadağan edib.