Respublika Klinik Xəstəxanasında yanğın baş verməyib, təlim keçirilir.

BUTA.TV xəbər verir ki, sosial şəbəkələrdə və bir sıra yerli KİV-də Respublika Klinik Xəstəxanasında yanğın baş verməsi ilə bağlı məlumat və görüntülər yayılıb.

Trend-in aidiyyəti qurumlardan əldə etdiyi məlumata görə, xəstəxanada heç bir yanğın baş verməyib və yayılan görüntülər də təlim görüntüləridir.