ABŞ-ın hərbi obyektləri qanuni hədəfimizdir - Amer
Yəmən husiləri ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərini qanuni hədəfləri kimi müəyyənləşdiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə Ənsarullah hərəkatının mətbuat xidməti rəhbərinin müavini Nəsrəddin Amer bildirib.
“Amerikanın bölgədəki mövcudluğu qeyri-qanunidir, ona görə də biz ABŞ-ın hərbi obyektlərini qanuni hədəfimiz hesab edirik”, - N.Amer bildirib.