İsveç Baltik dənizində patrul xidməti aparacaq sualtı qayıqlar inşa etməyə başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Məlumata görə, “Blekinge” və “Skåne” adlı 66 metrlik sualtı qayıqları 2027-2028-ci illərdə suya buraxılmalıdır.

İsveçin Rusiyanın mümkün hücumundan qorunmaq üçün sözügedən addımı atdığı bildirilib.