Türkiyə heç bir bəhanə və ya səbəblə cənub sərhədləri boyunca terroristan yaradılmasına icazə verməyəcək.

BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TŞ-nin toplantısında deyib.

Ərdoğanın ofisindən verilən məlumata görə, görüş zamanı terrorla mübarizənin gedişatı, o cümlədən cümə günü bölgədə həyata keçirilən xain terror aktı kontekstində atılan və atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Pəncə-Kilid” əməliyyatı bölgəsində türk bazasına hücum edən terrorçular 9 türk əsgərini şəhid edib. Türk ordusu qisas əməliyyatına başlayıb və terrorçulara ağır zərbələr endirir. İndiyə qədər 57 terrorçu zərərsizləşdirilib.

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi