AB-dən Tayvandakı seçkilərə reaksiya
Avropa Birliyi Tayvanda keçirilən seçkilərə dəstək verib.
BUTA.TV xəbər verir ki, bu barədə AB bəyanat verib.
Bildirilib ki, AB səsvermədə iştirak edən bütün seçiciləri təbrik edir, lakin Tayvan boğazında gərginliyin artması ilə bağlı narahatlığını davam etdirir.
"Boğazda sülh və sabitlik təkcə region üçün deyil, bütün dünya üçün vacibdir", - bəyanatda vurğulanıb.