Ruslar körpüyə hücuma hazırlaşır: 72 minlik ordu...
Rusiya qoşunları ehtimal ki, Krınki kəndi yaxınlığında Dnepr çayının sol sahilində Ukraynanın nəzarətindəki körpüyə kütləvi hücuma hazırlaşır.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.
O qeyd edib ki, bu yaxınlarda ora əlavə texnikalar yerləşdirilib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə fəaliyyət göstərən Rusiya qüvvələrinin “Dnepr” qrupunun tərkibində 400 tank, 1 zirehli döyüş maşını (AFV), 530-a yaxın top və 100 ədəd raket artilleriyası olan 72,5 min nəfərə yaxın şəxsi heyət var.
"Bu birləşmə yaxın gələcəkdə müvafiq komponentdən istifadə etməklə daha intensiv hücum əməliyyatlarının hazırlanmasına işarə edir", - ekspert qeyd edib.