Goranboyda yola qum səpən maşın qəzaya düşüb.

BUTA.TV Unikal-a istinadən xəbər verir ki, hadisə Rəhimli-Səfikürd yolu istiqamətində baş verib. Qarlı yollara qum səpən yol idarəsinə məxsus yük maşını bir başqa avtomobillə toqquşub.

Qəza nəticəsində yol idarəsinin 1993-cü il təvəılüdlü əməkdaşı Qafarov Əfqan Həbib oğlu çoxsaylı bədən xəsarətləri alıb.

Bud nayihəsi də sınan yol işçisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qoşulub qaçan cütlük ot tayasından tapıldı Qoşulub qaçan cütlük ot tayasından tapıldı