Kirbi: ABŞ Yəmənlə müharibə istəmir
Heç kim husilərlə münaqişə istəmir. ABŞ da Yəmənlə münaqişədə maraqlı deyil.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O qeyd edib ki, İsrailin Qəzzada hərbi əməliyyatların intensivliyini azaltmasının vaxtı çatıb.